Real İnsanlar.
Real Təcrübələr.

Devlab-ın praktiki və intensiv tədris təcrübəsi ilə karyerasını tamamilə yenidən quran məzunlarımızın rəyləri.

Cəlil Dünyamalıyev

Backend Developer · April 2026 Cohort

Bu təcrübə proqramı mənə öz bacarıqlarımı inkişaf eləməyə kömək oldu

Nurlan Məmmədli

Frontend Developer · April 2026 Cohort

DevLab təcrübə proqramı mənə real layihələrlə işləmə imkanı verdi və öyrəndiklərimi praktikada tətbiq etməyi öyrətdi. Mentor dəstəyi və mühit çox faydalı oldu. Təşəkkürlər!

Fərid Hacıyev

Backend Developer · May 2025 Cohort

Bu təcrübə proqramı bilik və bacarıqlarımı inkişaf etdirməyə, layihələr üzərində işləməklə təcrübə qazanmağa və özümə daha çox güvənməyə kömək etdi.

Agalar Karimov

Backend Developer · May 2025 Cohort

Tam semimi deyirem cox maraqli tasklar var idi . Tesekkur edirem.

Gümüş Hüseynova

Frontend Development · April 2026 Cohort

Son 2 ay ərzində DevLab mənə həm texniki, həm də şəxsi inkişaf baxımından çox şey qazandırdı. React, Git, GitHub, API-lərlə işləmək və müasir frontend yanaşmaları haqqında biliklərimi artırdım. Ən faydalı hissələr praktiki tapşırıqlar və mentor dəstəyi oldu. DevLab-ı öyrənmək, təcrübə qazanmaq və yeni insanlarla tanış olmaq istəyən hər kəsə tövsiyə edərdim.

Şəbnəm Osmanova

Frontend Development · April 2026 Cohort

Son 2 ay ərzində proqram mənim üçün həm öyrədici, həm də inkişaf etdirici bir təcrübə oldu. Frontend Development sahəsində nəzəri biliklərimi praktik tapşırıqlarla möhkəmləndirmək imkanı qazandım. React, JavaScript, Git/GitHub, responsiv dizayn və müasir inkişaf prosesləri ilə bağlı biliklərimi artırdım. Xüsusilə real layihələr üzərində işləmək, mentor rəyləri almaq və müntəzəm tapşırıqları yerinə yetirmək mənim üçün ən faydalı fəaliyyətlər oldu.

Rəhman Cavziyev

Data Science · April 2026 Cohort

Çox əla və kariyera yönümlü

Qədim Qarayev

Data Analytics · April 2026 Cohort

Real iş təcrübəsi və datalarla işləmə bacarığı

Selcan Ağabalayeva

Backend Development · April 2026 Cohort

Cox ela idi,bu tecrube sayesinde dockerle islemeyi ,serbest microserde islemeyo ,redis vs s oyrendim ,menim ucun cox boyuk bir tecrube oldu

Gülcan Tanrıverdili

Backend Development · April 2026 Cohort

Bu proqramda iştirak etməkdən məmnuniyyət duyuram. Burada mən yeni tecrübələr,yeni texnologiyalarla işləmək imkanı, problemlerin həllində necə həll etməli olduğumu öyrəndim. Mənim üçün çox faydalı oldu. Bu proqramda iştirak etmək istəyənlər heçnə itirməyəcək. Əksinə çox şey qazanacaqlar.

Tural Abdullayev

Backend Development · April 2026 Cohort

Təcrübə proqramında öz sahə haqqında nəzəri biliklərimi gücləndirməklə yanaşı, bəzi yeni məlumatlar öyrəndim və layihələrdə tətbiq etdim.

Murad Rzayev

Data Analytics · April 2026 Cohort

Son 2 ay ərzində proqram mənim üçün çox faydalı təcrübə oldu. Bu müddət ərzində əsasən Python proqramlaşdırma dili üzərində data analitikası ilə bağlı müxtəlif tapşırıqları yerinə yetirdim. Verilən praktiki tasklar sayəsində məlumatların emalı, təhlili və vizuallaşdırılması sahəsində biliklərimi inkişaf etdirdim.Bununla yanaşı, CV hazırlama və LinkedIn profilinin peşəkar şəkildə qurulması ilə bağlı dəyərli məsləhətlər öyrəndim. Bu biliklər gələcək karyera planlamam və iş müraciətlərim üçün çox faydalı olacaq.Ümumilikdə proqramı çox müsbət qiymətləndirirəm. Xüsusilə praktiki tapşırıqlar və mentorların dəstəyi mənim üçün çox faydalı oldu.

Nərgiz Salamova

Backend Development · April 2026 Cohort

Son 2 ay ərzində Devlab təcrübə proqramı mənim üçün çox faydalı oldu. Bu müddət ərzində Java və Spring Boot üzrə biliklərimi daha da inkişaf etdirdim, REST API-lərlə işləməyi öyrəndim və Postman vasitəsilə test etmə bacarıqlarımı gücləndirdim. Həmçinin Docker haqqında ilkin anlayışlar qazandım və real layihələr üzərində işləyərək praktiki təcrübə əldə etdim. Ən faydalı hissə mənim üçün praktiki tapşırıqlar və layihə əsaslı işlər oldu. Bu, nəzəri bilikləri real problemlərə tətbiq etməyə kömək etdi və backend development sahəsində daha inamlı olmağımı təmin etdi. Ümumilikdə proqramı çox faydalı və öyrədici hesab edirəm. Gələcək iştirakçılar üçün real praktika imkanı yaradan, öyrənməyə yönəlmiş güclü bir təcrübə proqramı kimi qiymətləndirərdim.

Mirqafar Məmmədli

Data Science · April 2026 Cohort

Hər zaman məqsəd mükəmməllik yox hal hazırda olduğunuz mövqedən bir üst pillədə olmaq olmalıdır. Devlab isə sizi hər gün dünəndən daha təcrübəli edərək pillə atladir Çox faydalı ve məhsuldar proqram keçdi.Kecmis usulda , köhnə metodikada sıxışıb qalan tedris metodlarının eksine bu akselerasiya problem yönümlü real iş dünyası caselerini internlerin qarsisina qoyur.Tesekkurler

Ramil Astanlı

Backend Development · April 2026 Cohort

Websocket,Spring Integration kimi bir çox yeniliklə qarşılaşdım.Olduqca faydalı iki ay idi.Gələcək iştirakçılar üçün doğrudan faydalı olacağını fikirləşirəm.

Onlar öz hekayələrini bizlə yazdılar

Peşəkar sənaye mütəxəssisi olmaq hələ bu qədər asan olmamışdı.

Ana səhifəyə keç
Emil Məmmədov

Emil Məmmədov

DATA SCIENCE TALENT

Şəbnəm Osmanlı
Ramil Aslanlı
Murad Rzayev
Sərvət Gəncimli